Bakıda cüdo üzrə Liqa yarışının I turu keçiriləcək
Martın 6-da cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçiriləcək.
Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 51 klub və idman cəmiyyətini təmsil edən 301 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır.
Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.

https://qalaba.az//uploads/photo/bakida-cudo-uzre-liqa-yarishinin-i-turu-kechirilecek.webp