DÇ-2027: Millimiz Macarıstanla qarşılaşacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı – 2027-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşacaq.
Felksut şəhərindəki “Panço Arena”da təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Bakı vaxtı ilə Saat 17:30-da başlanacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
DÇ-2027, seçmə mərhələ
II tur
17:30. Macarıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)
“Panço Arena”
Baş hakim: Filipa Pereyra Kunya
Baş hakimin köməkçiləri: Andreya Souza, Kristiana Moreyra Kosta
Dördüncü hakim: Sara Alves
(Hakimlər briqadası Portuqaliyadandır)

https://qalaba.az//uploads/photo/dch-2027-millimiz-macaristanla-qarshilashacaq.webp