Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununun taleyini 1 qol həll edib

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununun taleyini 1 qol həll edib

Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, bölgə komandaları “Şamaxı” ilə “Turan Tovuz” birincilərin meydanında üz-üzə gəliblər.

Qarşılaşmada yeganə qol ikinci hissədə vurulub. Tərlan Quliyev 54-cü dəqiqədə kornerdən ötürülən topu başla qapıdan keçirib. Bu qol “Turan Tovuz”a 1:0 hesablı səfər qələbəsi qazandırıb.

Qalibiyyət sayəsində xallarının sayını 20-yə çatdıran tovuzlular altıncı pillədəki mövqelərini möhkəmlədiblər. “Şamaxı” isə aktivindəki 16 xalla yeddinci sırada qalıb.

Qeyd edək ki, XXI tura bu gün keçiriləcək “Sabah” – “Səbail” oyunu ilə yekun vurulacaq. Fevralın 4-5-də baş tutan matçlarda “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt” (2:0) üzərində qələbə qazanıb.

12:56

Azərbaycan Premyer Liqasının XXI turunda üz-üzə gələcək "Şamaxı" və "Turan Tovuz"un start heyətləri açıqlanıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Şamaxı": 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 91. Malik Nadirov,
Baş məşqçi: Vüqar Əsgərli

"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaidi Pusi, 11. Ayxan Hüseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

Futbol
Millətlər Liqası: İtaliya İngiltərəni, Almaniya Macarıstanı qəbul edəcək

Millətlər Liqası: İtaliya İngiltərəni, Almaniya Macarıstanı qəbul edəcək

Futbol
Ronaldu AVRO-2024-də oynamaq istəyir

Ronaldu AVRO-2024-də oynamaq istəyir

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

Futbol
"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb