Super Liqa: “Fənər” turu qalib başa vurdu

Super Liqa: “Fənər” turu qalib başa vurdu

Türkiyə Super Liqasında XXVII tura start verilib.

QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

"Fənərbaxça" öz meydanında "Qaziantepspor"u qəbul edib. 5 qolun vurulduğu görüşdə "sarı-lacivərdlilər" rəqibini 4:1 hesabı ilə məğlub etməyi bacarıb.

Qeyd edək ki, "Fənərbaxça" bu qələbə ilə xallarının sayını 60-a yüksəldib. Aktivində 33 xalı olan "Qaziantepspor" isə 9-cu pillədə qərarlaşıb.