İraq və Konqo DR rəsmən Dünya çempionatında
Futbol üzrə dünya çempionatında iştirak edəcək son 2 komanda da müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, onların adlarına pley-off matçlarından sonra aydınlıq gəlib.
Konqo Demokratik Respublikası Yamayka ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Afrikalılar Aksel Tuanzebenin vurduğu topla mundiala vəsiqə qazanıblar - 1:0.
İraq isə Boliviya ilə üz-üzə gəlib. Oyunda hesabı Asiya təmsilçisi açıb. Lakin çox keçmədən hesab bərabərləşib. İkinci hissədə Ayman Hüseyinin vurduğu top isə həlledici olub - 1:0.
Qeyd edək ki, dünya çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

https://qalaba.az//uploads/photo/iraq-ve-konqo-dr-resmen-dunya-chempionatinda.webp