DÇ: Türkiyə yığmasının oyun cədvəlində dəyişiklik edilib
Futbol üzrə Türkiyə millisinin dünya çempionatında keçirəcəyi oyunlardan birinin başlama saatı dəyişdirilib.
QELEBE.AZ xəbər verir ki, qərara əsasən, Paraqvay yığması ilə iyunun 20-də Bakı vaxtı ilə saat 08:00-da start götürməsi planlaşdırılan qarşılaşma 1 saat tez - yəni 07:00-da başlayacaq.
Xatırladaq ki, Türkiyə millisi iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliya ilə, 26-da isə saat 06:00-da ABŞ ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

https://qalaba.az//uploads/photo/dch-turkiye-yigmasinin-oyun-cedvelinde-deyishiklik-edilib.webp