"Yunayted" onu gözdən çıxardı
İcarə əsasında “Trabzonspor”da çıxış edən və müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Andre Onana karyerasını Fransada davam etdirə bilər.
QELEBE.AZ xəbər verir ki, kamerunlu qapıçı ilə “Monako” yaxından maraqlanır.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, 30 yaşlı qolkiper “qırmızı şeytanlar”ın gələcək planlarında yer almır. Bu səbəbdən, onun yay transfer pəncərəsində komandadan ayrılması gözlənilir.
Oyunçu ilə həmçinin Türkiyənin “Beşiktaş” klubu və Səudiyyə Ərəbistanı təmsilçisi NEOM maraqlanır.
Qeyd edək ki, “Yunayted” Kamerun millisinin üzvü olan Onananı 2023-cü ildə “İnter”dən 50,2 milyon avro qarşılığında heyətinə qatmışdı.

https://qalaba.az//uploads/photo/quotyunaytedquot-onu-gozden-chixardi.webp