“Qarabağ” futbolçusunu göndərdi: NİZAM-İNTİZAMI POZUB

“Qarabağ” futbolçusunu göndərdi: NİZAM-İNTİZAMI POZUB

“Qarabağ” futbolçusu Abbas Hüseynovu əsas komandadan uzaqlaşdırıb.

Klubdan "apasport"a verilən məlumata görə, o, əvəzedici heyətə göndərilib.

Buna səbəb futbolçunun nizam-intizam qaydalarını pozması olub.

O, bir müddət “Qarabağ”ın ikinci komandasında çıxış edəcək.

Qeyd edək ki, Hüseynovun klubla müqaviləsi yayda başa çatır.