6 xallıq oyun: "Neftçi" "Zirə" səfərində - YENİLƏNİR
Bu gün Misli Premyer Liqasında XXVIII tura start veriləcək.
Apasport.az xəbər verir ki, günün son matçı Zirədə keçiriləcək.
Rəşad Sadıqovun komandası öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Görüş "ağ-qaralar" üçün avrokuboklar yolunda son şansdır.
Komanda bu matçda qazanılacaq qələbə ilə adını turnir cədvəlinin 4-cü pilləsinə yazdıracaq. Bu, Konfrans Liqasının qapısını aralamaq deməkdir.
"Zirə" isə işinə şansa buraxmaq istəmir. "Qartallar" Azərbaycan Kubokunun qalibi olmaq istəsə də, çempionatda da yerini möhkəmləndirmək niyyətindədir.
Qarşılaşma 6 xallıq oyun kimi qiymətləndirilir. Qələbə qazanan tərəf üçün 3 xal mövsümün qazancı olacaq.
Oyun saat 19:30-da start götürəcək.
Misli Premyer Liqası
XXVIII tur
19:30. "Zirə" – "Neftçi"
Baş hakim: İnqilab Məmmədov
Zirə İK stadionu

https://qalaba.az//uploads/photo/6-xalliq-oyun-quotneftchiquot-quotzirequot-seferinde-yenilenir.webp