Zelim Tçkayev üçün bürünc şansı
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında məğlub olub.
Apasport.az xəbər verir ki, idmançı finala gedən yolda Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub.
Təmsilçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

https://qalaba.az//uploads/photo/zelim-tchkayev-uchun-burunc-shansi.webp