”Bavariya” Almaniya çempionu oldu
Almaniya Bundesliqasında 2025/26 mövsümünün çempionu bəlli olub.
Apasport.az xəbər verir ki, "Bavariya" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Komanda bu gün "Ştutqart"la qarşılaşıb. Rəqibini 4:2 hesabı ilə məğlub edən münhenlilər digərləri üçün əlçatmaz olub.
Qeyd edək ki, bu, "Bavariya"nın tarixində qazandığı 35-ci çempionluq tituludur.

https://qalaba.az//uploads/photo/bavariya-almaniya-chempionu-oldu.webp