Milli komandada itki: “Sabah”ın futbolçusu düşərgəni tərk etdi
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

https://qalaba.az//uploads/photo/milli-komandada-itki-sabahin-futbolchusu-dushergeni-terk-etdi.webp