Nihat Məmmədli yarımfinalda – YENİLƏNİR
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu nəticəyə imza atıblar.
Apasport.az xəbər verir ki, güləşçilərimizdən Nihat Məmmədli (60 kq) Ukrayna təmsilçisi Vladislav Kuzkonu 5:0 hesabı ilə məğlub edib.
Bununla da, Nihat yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Həsrət Cəfərov (67 kq) isveçli Niklas Oehləni 5:1, Murad Əhmədiyev (97 kq) isə xorvatiyalı Filip Smetkonu 2:1 hesabı ilə məğlub edib.
Daha əvvəl xalça üzərinə çıxan Qurban Qurbanov (82 kq) start görüşündə Bolqarıstan təmsilçisi Arvi Savolaynenə 7:3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Bundan başqa Ruslan Nurullayev (72 kq) isə Ukrayna idmançısı Dmitro Vasilyevi 9:5 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.
Günün növbəti görüşlərində Azərbaycanın digər təmsilçiləri də mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq

https://qalaba.az//uploads/photo/nihat-memmedli-yarimfinalda-yenilenir.webp