La Liqa: "Atletik"dən qələbə, Malyorkada hərəyə 1 xal
İspaniya La Liqasında 33-cü turun ilk qarşılaşmaları bu gün keçirilib.
QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.
"Malyorka" doğma meydanda "Valensiya"nı qəbul edib. Hərəyə 1 dəfə fərqlənən komandalar sonda xalları bölüşüblər: 1:1.
Paralel keçən görüşdə "Osasuna" Bilbao səfərinə yollanıb. Yerli "Atletik" minimalhesablı qələbə ilə aktivinə 3 xal yazdırıb: 1:0.
Turnir cədvəlinə 79 xalla "Barselona" başçılıq edir. Ən yaxın izləyicisi "Real Madrid"in 70 xalı var.

https://qalaba.az//uploads/photo/la-liqa-quotatletikquotden-qelebe-malyorkada-hereye-1-xal.webp