Günay Qurbanova üçün bürünc şansı - YENİLƏNİR
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, qadın güləşçilərimiz bu gün mübarizəyə qoşulub.
59 kq çəki dərəcəsində döşək üzərinə çıxan Günay Qurbanova 1/4 finalda Elena Bruqqerlə (Almaniya) üz-üzə gəlib. İdmançımız rəqibinə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb.
O, burada Mariya Vinnikə (Ukrayna) 2:6 hesabı ilə uduzub.
Xatırladaq ki, daha əvvəl 50 kq çəki dərəcəsində mübarizə aparan Elnurə Məmmədova təsnifatda Aqata Valerzaka (Polşa) uduzaraq turnirlə vidalaşıb.

https://qalaba.az//uploads/photo/gunay-qurbanova-uchun-burunc-shansi-yenilenir.webp