"Qalatasaray" kubokla vidalaşdı: "Gənclərbirliyi"ndən intiqam
Bu gün futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu baş tutub.
Apasport.az xəbər verir ki, mərhələnin ikinci qarşılaşmasında "Qalatasaray" "Rams Park"da "Gənclərbirliyi" ilə üz-üzə gəlib.
Həftəsonu Super Liqa çərçivəsində rəqibini 2:1 məğlub edən "cim-bom" bu dəfə Ankara təmsilçisinə "diş keçirə" bilməyib.
Qonaqlar 2:0-lıq qələbə ilə "Qalatasaray"ı kubokdan kənarda qoyublar.
Fıratcan Uzum və Adama Traorenin qollarıyla "Gənclərbirliyi" adını yarımfinala yazdırıb.
"Qırmızı-qaralar"ın yarımfinaldakı rəqibi "Trabzonspor" - "Samsunspor" cütünün qalibi olacaq.

https://qalaba.az//uploads/photo/quotqalatasarayquot-kubokla-vidalashdi-quotgenclerbirliyiquotnden-intiqam.webp