"Qarabağ" ulduz futbolçusu ilə vidalaşır? - Qurbanov özü açıqladı
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib.
Apasport.az xəbər verir ki, "Sabah" "Qarabağ"ı 2:1 məğlub edərək adını finala yazdırıb.
Matçdan sonra təşkil olunan mətbuat konfransında Qurban Qurbanova mövsüm sonu baş verə biləcək mümkün ayrılıqlar barədə sual verilib.
Mateuş Koxalskinin komandada qalıb-qalmayacağı ilə bağlı suala Qurbanov təmkinli yanaşsa da, ulduz qapıçının ayrıla biləcəyi ehtimalını da "açıq qapı" kimi qiymətləndirib:
"Qışda Mateuşa daha real təklif var idi. İndi təklifin aktual olduğunu, yenisi olub-olmadığını eşitməmişəm. Hazırda bizimlə müqaviləsi davam edir. Mövsümün sonuna yaxın yəqin ki, danışığımız olacaq.
Xatırladaq ki, qış transfer pəncərəsində polşalı qapıçı "Borussiya Dortmund"un radarına düşmüşdü. Ağdam təmsilçisi almanların təklifini yetərsiz görərək qəbul etməmişdi.

https://qalaba.az//uploads/photo/quotqarabagquot-ulduz-futbolchusu-ile-vidalashir-qurbanov-ozu-achiqladi.webp