AÇ: 4 qadın güləşçimiz döşək üzərinə çıxacaq - YENİLƏNİR

AÇ: 4 qadın güləşçimiz döşək üzərinə çıxacaq - YENİLƏNİR

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd qadın güləşçisi mübarizəyə qoşulacaq.

Təsnifat mərhələsində Jalə Əliyeva (57 kq) Almaniya təmsilçisi Amori Andriçlə qarşılaşacaq.

Ruzanna Məmmədova (62 kq) Ukrayna güləşçisi İlona Prokopevnyukla üz-üzə gələcək.

Birgül Soltanova (65 kq) 1/4 final mərhələsində Krista İnce ilə güləşəcək.

Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək beş medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.

Qeyd edək ki, qitə yarışına aprelin 26-da yekun vurulacaq.