"Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, " Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Orta xətt oyunçusu "mankunianlar"ın əsas transfer hədəflərindən biridir.
Lakin "meşəçilər"in planı bəllidir. Klub futbolçunu 125 milyon funt-sterlinqdən (təxminən 144 milyon avro) aşağı qiymətə satmağı düşünmür.
Qeyd edək ki, "Nyukasl"ın yetirməsi olan Elliot 2024-cü ilin yayından "Nottingem"də çıxış edir.

https://qalaba.az//uploads/photo/quotmanchester-yunaytedquote-shert-qoyuldu-125-milyon-ver-transferi-tamamla.webp