Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
“Qalatasaray” futbol klubu tərəfindən həyata keçiriləcək “Aslantepe Vadisi” layihəsinin təməlqoyma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, RAMS Park stadionunun yaxınlığında yerləşən ərazidə təşkil olunan mərasimdə Türkiyənin Gənclər və İdman naziri Osman Aşkın Bak, “sarı-qırmızılılar”ın prezidenti Dursun Özbek, İstanbul valisi Davut Gül, klubun keçmiş prezidentləri Adnan Polat, Ünal Aysal, Faruk Süren və Alp Yalman, həmçinin idarə heyətinin üzvləri və idmançılar iştirak ediblər.
Nazir Osman Aşkın Bakın çıxışı zamanı işlətdiyi bəzi ifadələr digər klub azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, Osman Aşkın Bakın çıxışı zamanı dediyi sözlər tərəfli və "sarı-qırmızılılar"ı digər komandalardan üstün tutan ifadələr kimi qəbul edilib:
“Bu ölkənin çempionları tükənməyib, bu ölkənin çempion klubları bitməyib. Bu ölkənin övladları Türkiyənin nə dərəcədə böyük bir ölkə olduğunu dünyaya sübut edəcək. Türk idmanı üçün əlimizdən gələni edəcəyik. Böyük "Qalatasaray", çempion "Cimbom" və Türkiyə milli komandası üçün çalışmağa davam edəcəyik. Hər şey Türkiyə üçündür”.
Qeyd edək ki, nazirin bu açıqlamalarından dərhal sonra “Fənərbaxça” və Türkiyə millisinin üzvü İsmail Yüksek onun “Instagram” hesabını izləməyi dayandırıb.

https://qalaba.az//uploads/photo/nazir-quotqalatasarayquoti-fanat-kimi-terifledi-ciddi-etiraza-sebeb-oldu.webp