De Liqt məşqlərə start verdi
“Mançester Yunayted”in uzun müddət zədəli olan futbolçusu Matteys de Liqt məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı müdafiəçi ötən ilin noyabrında “Kristal Pelas”la matçda (2:1) zədə almışdı.
Qeyd edək ki, 26 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Premyer Liqada 13 oyuna çıxıb.

https://qalaba.az//uploads/photo/de-liqt-meshqlere-start-verdi.webp