"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Misli Premyer Liqasında 4 gün ərzində iki dəfə Azərbaycan derbisi baş tutacaq.

QELEBE.AZ xəbər verir ki, hər iki matç "Palms Sports Arena"da keçiriləcək.

Oyunlardan öncə "Neftçi" və "Qarabağ" klubları birgə bəyanat yayıblar.

Bəyanatda deyilir:

"26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti “Palms Sports Arena”ya yönələcək. 4 gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları iki dəfə üz-üzə gələcəklər.

Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.

Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Neftçi” və “Qarabağ” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Azərbaycan futbolu qələbə qazansın!"

Futbol
Millinin baş məşqçisi Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib

Millinin baş məşqçisi Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib

Futbol
UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

Futbol
Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
Tərlan Əhmədov: “Futbolçularda geriləmə var”

Tərlan Əhmədov: “Futbolçularda geriləmə var”

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
Riçard Almeyda: "Bakıya ən yaxşı nəticə ilə dönəcəyik"

Riçard Almeyda: "Bakıya ən yaxşı nəticə ilə dönəcəyik"

Futbol
Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Futbol
KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

Futbol
"Qarabağ"la oyundan sonra azarkeşləri təhqir edən futbolçu cəzalanıb

"Qarabağ"la oyundan sonra azarkeşləri təhqir edən futbolçu cəzalanıb

Futbol
DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

Futbol
Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib