AÇ: Beş güləşçimiz yarımfinalda - YENİLƏNİR
Tirana şəhərində keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Rəşid Babazadə (65 kq) belçikalı Ayub Musayev üzərində 4:2 hesablı qələbə qazanaraq bürünc medal uğrunda görüşə vəsiqə əldə edib.
O, burada Ermənistan təmsilçisi Vazgen Tevanyanla qarşılaşacaq.
İslam Bazarqanov (57 kq) finalda Musa Mextixanov (UWW) ilə qarşılaşacaq.
Cəbrayıl Hacıyev (79 kq) bürünc medal uğrunda Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyev ilə üz-üzə gələcək.
61 kq çəki dərəcəsində Nürəddin Novruzov moldovalı Leomid Kolesniki tam üstünlüklə (17:6) məğlub edərək yarımfinala vəsiqə qazanıb.
74 kq çəki dərəcəsində Turan Bayramov neytral atlet Fərhad Nurixorjestanı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Təmsilçimiz belaruslu Nikita Mayevskiyə (UWW) 8:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.
86 kq çəki dərəcəsində Arseniy Djioyev ukraynalı Denis Bikovla qarşılaşmada da tam üstünlük nümayiş etdirərək (10:0) qələbə qazanıb və 1/4 finala yüksəlib. O, moldovalı Yevgeni Mihaelkanı tam üstünlüklə (11:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Ali Tsokayev (92 kq) Belarus təmsilçisi Yaraslav Yadkovski (UWW) inamlı qalibiyyət (10:0) əldə edib. O, 1/4 finala yüksəlib. O, burada gürcüstanlı Miriani Maysuradzeyə də qalib gəlib - 5:0.
Giorgi Meşvildişvili (125 kq) ermənistanlı Xaçatur Xaçatryanı sonuncu xal prinsipinə əsasən (5:5) məğlub edərək 1/2 finala yüksəlib.

https://qalaba.az//uploads/photo/ach-besh-guleshchimiz-yarimfinalda-yenilenir.webp