FA Kuboku: “Siti” finalda
“Mançester Siti” İngiltərə FA Kubokunun finalına yüksəlib.
Apasport.az xəbər verir ki, Pep Qvardiolanın komandası turnirin yarımfinalında “Sauthempton”u 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
“Şəhərlilər”in həlledici matçdakı rəqibi “Çelsi” – “Lids” cütünün qalibi olacaq.
Komanda bu turnirin finalına ardıcıl dördüncü dəfə yüksəlir. Onlar 2023-cü ildə kuboku qazanıb, 2024-cü ildə “Mançester Yunayted”ə, 2025-ci ildə isə “Kristal Pelas”a məğlub olublar.
Klub tarixində “Siti” bu titulu 7 dəfə qazanıb.

https://qalaba.az//uploads/photo/fa-kuboku-siti-finalda.webp