AÇ: Turan Bayramov gümüş medal qazandı - YENİLƏNİR
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının son günündə Azərbaycanın sərbəst güləşçiləri mühüm görüşlərə çıxacaqlar.
Apasport.az xəbər verir ki, bu gün 4 idmançımız qızıl medal uğrunda mübarizə aparıb, 1 güləşçimiz isə bürünc medal uğrunda mübarizə aparacaq.
İlk olaraq Turan Bayramov (74 kq) Slovakiyanı təmsil edən Taymuraz Salmazanovla qarşılaşıb. Təmsilçimiz 2:4 hesabı ilə məğlub olub və gümüş medal qazanıb.
Arseniy Djioyev (86 kq) İbrahim Kadiyevlə, Ali Tsokayev (92 kq) Bolqarıstandan Ahmed Batayevlə, Giorgi Meşvildişvili (125 kq) isə Macarıstandan Vladislav Baytsayevlə üz-üzə gələcək.
Nurəddin Novruzov (61 kq) bürünc medal uğrunda görüşdə italiyalı Simyone Pirodduya “tuş”la məğlub olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında birinci yeri tutub.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da bürünc medal əldə edib.
Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq) qızıl medal qazanıb, Cəbrayıl Hacıyev (79 kq) isə mükafatçılar sırasında yer alıb.

https://qalaba.az//uploads/photo/ach-turan-bayramov-gumush-medal-qazandi-yenilenir.webp