Azərbaycan Kuboku: Final oyununun vaxtı bəlli olub
Futbol üzrə Azərbaycan Kubokunda "Sabah" və "Zirə" komandaları arasında keçiriləcək final oyununun başlama saatı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Mayın 13-də "Palms Sports Arena"da təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək.

https://qalaba.az//uploads/photo/azerbaycan-kuboku-final-oyununun-vaxti-belli-olub.webp