Futzal üzrə Azərbaycan I Liqasında üçüncü yer və final oyununun tarixi açıqlanıb
Futzal üzrə Azərbaycan I Liqasında 3-cü yer və final oyununun tarixi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyası açıqlayıb.
Mövsümə mayın 7-də yekun vurulacaq. Həmin gün, saat 18:30-da "Olimpik Star"da "Baku Fire-2" və "Xan Lənkəran" komandaları üçüncü yer uğrunda görüşə çıxacaqlar.
Saat 20:00-da isə PFL və "Star kargo" final matçında münasibətlərə aydınlıq gətirəcəklər.

https://qalaba.az//uploads/photo/futzal-uzre-azerbaycan-i-liqasinda-uchuncu-yer-ve-final-oyununun-tarixi-achiqlanib.webp