"Fənər" Edersonla bağlı qərarını verdi
“Qalatasaray”la matçda qırmızı vərəqə alan “Fənərbaxça”nın braziliyalı qapıçısı Edersonun cəzası müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, İstanbul klubu 32 yaşlı futbolçunu cərimələyib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, o, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi (PFDK) tərəfindən veriləcək cəza səbəbindən mövsümün qalan hissəsini buraxa bilər.
Qeyd edək ki, “Fənərbaxça” “Qalatasaray”a 0:3 hesabı ilə məğlub olub.

https://qalaba.az//uploads/photo/quotfenerquot-edersonla-bagli-qerarini-verdi.webp