Portuqaliyalı müdafiəçi "Beşiktaş"dan ayrılır - Nizam-intizamı pozduğuna görə
"Beşiktaş"ın heyətində ayrılıq yaşanacaq.
Apasport.az xəbər verir ki, "qara qartallar" müdafiəçi Tiaqo Calo ilə vidalaşacaq.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın klubdaxili nizam-intizam qaydalarını pozan 26 yaşlı portuqaliyalının göndərilməsini rəhbərlikdən tələb edib.
Qeyd edək ki, Calo mövsümün əvvəlində "Beşiktaş"a "Yuventus"dan 3,5 milyon avro qarşılığında transfer olunmuşdu. O, Super Liqa klubu ilə çıxış etdiyi 20 rəsmi matçda 1 qolla yadda qalıb.

https://qalaba.az//uploads/photo/portuqaliyali-mudafiechi-quotbeshiktashquotdan-ayrilir-nizam-intizami-pozduguna-gore.webp