“Sabah” seriyaya qələbə ilə başladı

“Sabah” seriyaya qələbə ilə başladı

Azərbaycan Basketbol Liqasında final seriyasına start verilib.

Apasport.az xəbər verir ki, seriyanın birinci görüşündə “Sabah” öz meydanında “Abşeron Lions”ı qəbul edib.

Bakı İdman Sarayında keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

"Bayquşlar" 98:93 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, seriya may ayında davam edəcək.