Hulk “Atletiko”dan ayrılır
Hulk "Atletiko Mineyro"dan ayrılacaq.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2026-cı ilin sonuna qədər olan müqaviləni ləğv etmək barədə razılığa gəliblər.
39 yaşlı forvard 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edir. O, Braziliya çempionluğu, kuboku və Super Kubokunu qazanıb.

https://qalaba.az//uploads/photo/hulk-atletikodan-ayrilir.webp