Andrey Demçenko: “Klubdakı taleyimin necə olacağını bilmirəm“
Misli Premyer Liqasının XXX turunun "Araz-Naxçıvan" - "İmişli" matçından (0:1) sonra ev sahiblərinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib.
QELEBE.AZ xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bildirib:
"İlk olaraq onu deyim ki, "İmişli" bizdən daha çox istəkli idi. Futbolu daha "ac" futbolçular oynamalıdır. İstəksiz futbol oynamırlar, futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. "İmişli" ona görə də qazandı".
- Futbolçularda nəyə görə istək yoxdur?
- Çünki "ac" deyillər. Futbolu qalib gəlmək istəyən oyunçular oynamalıdır.
- Yeni mövsüm komandada qalsanız, heyətin böyük hissəsini dəyişəcəksiz?
- İndi bu yöndə danışıqlar yoxdur. Bu sual barədə nəsə deyə bilmərəm. Çünki öz taleyimin necə olacağını bilmirəm.

https://qalaba.az//uploads/photo/andrey-demchenko-klubdaki-taleyimin-nece-olacagini-bilmirem.webp