Karateçilərimiz Avropa çempionatına yola düşüb
Azərbaycan Karate Federasiyasının (AKF) fudokan karate üslubu üzrə milli komandası Rumıniyanın Sfantu Gheorghe şəhərində keçiriləcək 28-ci Avropa çempionatında iştirak etmək üçün yola düşüb.
Apasport.az xəbər verir ki, ölkəmiz bu mötəbər yarışda 11 nəfərlik heyətlə təmsil olunacaq.
Komandaya AKF prezidentinin köməkçisi, fudokan karate üslubu üzrə nümayəndə Vüsal Abdullazadə və üslubun baş məşqçisi Bəşir Mahmudov rəhbərlik edirlər.

https://qalaba.az//uploads/photo/karatechilerimiz-avropa-chempionatina-yola-dushub.webp