Bəhlul Mustafazadə məşqlərə start verdi

Bəhlul Mustafazadə məşqlərə start verdi

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, məşqlərə start verib.

Müdafiəçi fərdi çalışmalara başlayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la matçında sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.