Milli komandamız “Millətlər Liqası” turnirinin qalibi olub

Milli komandamız “Millətlər Liqası” turnirinin qalibi olub

Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda keçirilən “Millətlər Liqası” turnirini uğurla başa vurub.

Apasport.az xəbər verir ki, komandamız Qazaxıstan və Monteneqro yığmalarının iştirakı ilə keçirilən yarışın qalibi olub.

Millimizin üzvlərindən Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, İsa Atayev isə ən məhsuldar futbolçusu seçilib.