"Baku Sportinq"dən əzmkar qələbə - YENİLƏNİB

"Baku Sportinq"dən əzmkar qələbə - YENİLƏNİB

Bu gün I Liqada XXV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 1 matç baş tutub.

"Cəbrayıl" "Baku Sportinq"i qəbul edib. Meydan sahibləri iki dəfə hesabda önə keçsə də, qələbə hesabını qoruyub saxlaya bilməyib. 

Əvəzində oyunun sonlarında fərqlənən qonaqlar 3 xal qazanıb.

I Liqa
XXV tur
7 may (cümə axşamı) 

“Cəbrayıl” – “Baku Sportinq” 2:3
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı OİK stadionu