Kenan Yıldız "Real"ın hədəfində: PEREZ İSTƏYİR
"Real" Türkiyə millisinin futbolçusu Kenan Yıldızı transfer etmək niyyətindədir.
QELEBE.AZ xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Keçiddə Madrid təmsilçisinin prezidenti Florentino Peres şəxsən maraqlıdır.
Təcrübəli funksioner oyunçunun transferi üçün yayda cəhd edəcək.
Vingerin "Yuventus" ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, Yıldız bu mövsüm "qoca sinyora"nın heyətində 45 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qalaba.az//uploads/photo/kenan-yildiz-quotrealquotin-hedefinde-perez-isteyir.webp