Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının mükafat fondu 50 min avro təşkil edir.
Apasport xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov turnirə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, mükafat Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən yarışda fərqlənən idmançılara təqdim olunacaq.

https://qalaba.az//uploads/photo/baki-xankendi-velosiped-yarishinin-mukafat-fondu-belli-oldu.webp