“Sabah”ın futbolçusu 100-ə çatdı
Misli Premyer Liqasının XXXI turu çərçivəsində keçirilən "Kəpəz"lə oyunu "Sabah"ın futbolçusu Tellur Mütəllimov üçün əlamətdar olub.
QELEBE.AZ xəbər verir ki, 31 yaşlı futbolçu Masazır təmsilçisinin heyətində 100-cü matçına çıxıb.
Qarşılaşma Gəncə təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, Tellur Mütəllimov 2022-ci ilin yayından "Sabah"da çıxış edir.

https://qalaba.az//uploads/photo/sabahin-futbolchusu-100-e-chatdi.webp