“Liverpul” “Çelsi” ilə bacarmadı
İngiltərə Premyer Liqasında XXXVI tura start verilib.
Apasport.az xəbər verir ki, günün ilk matçı Mersisayd şəhərində baş tutub.
"Liverpul" azarkeşləri önündə "Çelsi" ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, "Liverpul" hazırda 59 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Aktivində 49 xalı olan "zadəganlar" isə 9-cu sıradadır.

https://qalaba.az//uploads/photo/liverpul-chelsi-ile-bacarmadi.webp