Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək
Mayın 16-sı və 17-si tarixlərində Polşanın Bielsko-Biala şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 31 cüdoçu (17 oğlan, 14 qız) ilə təmsil olunacaq.
Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Beynəlxalq turnirdə 36 ölkədən 786 idmançı (449 oğlan, 337 qız) qüvvəsini sınayacaq.
Heyəti təqdim edirik:
Oğlanlar
50 kq
Nihad Ağayev
Fərid Rzazadə
55 kq
Fərid Xudiyev
İbrahim Talıbov
Rza Xəlilli
60 kq
Mehman Əsgərov
Məhəmmədəli Hüsiyev
66 kq
İlkin Qarayev
Elgün Ələkbərov
73 kq
Sadiq Məmmədov
Yusuf Nəzər
81 kq
Yaqub Məmmədov
Ayxan Həsənli
90 kq
Ömər Axundov
Nurəddin Əliyev
+90 kq
Tamerlan Əliyev
Ruslan Kazımov
Qızlar
40 kq
Sunay Salamova
Zəhra Quliyeva
44 kq
Pərvin Sevxanlı
Fatimə Abdullayeva
48 kq
Könül Eyvazlı
Fatimə Fərmanzadə
52 kq
Zəhra Mövləmverdiyeva
Tövsiyyə Babayeva
57 kq
Gülnaz Məmmədtağıyeva
Səmayə Yusifli
63 kq
Nəzakət Vəliyeva
Zilan Hüseynli
70 kq
Məsumə Məmmədli
+70 kq
Zemfira Əliyeva

https://qalaba.az//uploads/photo/cudo-uzre-yeniyetmeler-arasinda-avropa-kuboku-kechirilecek.webp