"Real"ın sabiq üzvü karyerasını sonlandıracaq - DÇ-dən sonra

"Real"ın sabiq üzvü karyerasını sonlandıracaq - DÇ-dən sonra

“Real”ın sabiq yarımmüdafiəçisi Xames Rodriqes karyerası ilə bağlı qərar qəbul edib.

Apasport.az “Marca”ya istinadən xəbər verir ki, kolumbiyalı bu yay aktiv futbolçu karyerasını başa vurmaq niyyətindədir.

Oyunçu iyunda 35 yaşını qeyd edəcək. O, 2026-cı il dünya çempionatından sonra peşəkar karyerasını yekunlaşdıracaq. Futbolçu bu barədə isə hazırda oynadığı "Minnesota" rəsmilərini və məşqçilər korpusunu məlumatlandırıb. Onun ABŞ klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Xames karyerası ərzində “Envihado”, “Banfild”, “Porto”, “Monako”, “Real”, “Bavariya”, “Everton”, “Əl-Rayyan”, “Olimpiakos”, “Sao Paolo”, “Rayo Valyekano”, “Leon” klublarında da çıxış edib.