Türkiyə Kuboku: "Trabzonspor" finalda

Türkiyə Kuboku: "Trabzonspor" finalda

Futbol üzrə Türkiyə Kubokunda son finalçının adına aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, "Trabzonspor" yarımfinal mərhələsində "Gənclərbirliyi"ni məğlub edərək adını finala yazdırıb.

Qara Dəniz təmsilçisi 0:1 geriyə düşdüyü oyunda geri dönməyi bacarıb. 

Ernest Muçinin 92-ci dəqiqədə vurduğu qol həlledici olub: 2:1.

"Trabzonspor" finalda "Konyaspor"un rəqibi olacaq.