Fransa çempionatının qalibi müəyyənləşdi - ARDICIL 5-ci dəfə
PSJ Fransa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, Paris təmsilçisi səfərdə “Lans” üzərində 2:0 hesablı qələbə qazanaraq mövsümün başa çatmasına bir tur qalmış çempionluğu rəsmiləşdirib.
Görüşdə qolları 19-cu dəqiqədə Xviça Kvaratsxeliya və 90+4-cü dəqiqədə İbrahim Mbaye vurublar.
Bununla da PSJ ardıcıl 5-ci, ümumilikdə isə 14-cü dəfə Fransa çempionu adını qazanıb.
Qeyd edək ki, Paris təmsilçisi cari mövsümdə UEFA Çempionlar Liqasının da qalibi olmaq uğrunda mübarizəni davam etdirir. Komanda mayın 30-da Budapeştdə keçiriləcək final görüşündə İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq.

https://qalaba.az//uploads/photo/fransa-chempionatinin-qalibi-mueyyenleshdi-ardicil-5-ci-defe.webp