Azərbaycan Yüksək Liqasında bürünc mükafatın sahibi müəyyənləşib

Azərbaycan Yüksək Liqasında bürünc mükafatın sahibi müəyyənləşib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında bürünc mükafatın sahibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, XX turda "Şuşa" kollektivini 8:5 hesabı ilə üstələyən "Baku Fire" kollektivi mövsümü üçüncü pillədə başa vurub.

U-19 isə meydana çıxmadan 3 xalı aktivinə yazdırıb.

Yüksək Liqada mövsümə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək son görüşdə lider "Neftçi" İK ən yaxın izləyicisi "Araz-Naxçıvan"la gücünü sınayacaq.

Qeyd edək ki, turnir cədvəlinə 52 xalla "Neftçi" İK başçılıq edir. 49 xalı olan "Araz-Naxçıvan" isə ikincidir.