Musa Qurbanlı Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb

Musa Qurbanlı Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb

Musa Qurbanlı mövsümdə 16-cı qolunu vurub.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Misli Premyer Liqasının XXII turunun “Sabah”la ev görüşündə fərqlənib.

O, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 18-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Musa bununla da Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. O, bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib.

Qurbanlıya qədər bu rekord 15 qola bərabər idi. 1998/99 mövsümündə “Dinamo”nun hücumçusu Fərrux İsmayılov 15 qola imza atıb. 2005/06 mövsümündə “Şahdağ”ın nigeriyalı legioneri Əhməd Ticani eyni sayda fərqlənib. Bu rekordu əvvəlki turda təkrarlayan Musa “Sabah”la görüşdə mütləq rekord vurub.

Bu qol həm də forvardın “Qarabağ”ın heyətində yubiley qolu olub. O, Ağdam klubunun forması ilə Premyer Liqada 25-ci dəfə fərqlənib.

Futbol
Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Futbol
Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Futbol
İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

Futbol
Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Futbol
Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

Futbol
Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Futbol
“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

Futbol
Murad Musayev Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb

Murad Musayev Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb