Vlahoviçə daha bir müştəri
“Yuventus”un hücumçusu Duşan Vlahoviç komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, futbolçuya daha bir müştəri çıxıb.
Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
“Əl-Hilal” Vlahoviçi yayda transfer etmək niyyətindədir. Onun “Yuventus”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Forvardla "Milan", "Mançester Yunayted" və "Bavariya" da yaxından maraqlanır.
Lakin Vlahoviç qərarını vermək üçün tələsmir. O, dünya çempionatının sonunu gözləyir.

https://qalaba.az//uploads/photo/vlahoviche-daha-bir-mushteri.webp