Milli komandamız Almaniyaya qarşı - YENİLƏNİR
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Ratomir Deliçin yetirmələri 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.

https://qalaba.az//uploads/photo/milli-komandamiz-almaniyaya-qarshi-yenilenir.webp