Matç yarımçıq dayandırıldı: ERİKSEN HUŞUNU İTİRDİ
DÇ-2026 öncəsi yoxlama oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, Danimarka - Ukrayna matçı yarımçıq dayandırılıb.
Buna səbəb birincilərin futbolçusu Kristian Eriksenin əhvalının pisləşməsi olub.
Yarımmüdafiəçi bir anda yerə yıxılıb. Lakin onun şüurunun yerində olduğu bildirilib.
Qeyd edək ki, Eriksen 2021-ci ilin iyununda Danimarka və Finlandiya yığmaları arasında keçirilən Avropa çempionatı oyununda ürək dayanması keçirmişdi.

https://qalaba.az//uploads/photo/match-yarimchiq-dayandirildi-eriksen-hushunu-itirdi.webp