U-21 millimiz Qırğızıstanla qarşılaşacaq - YENİLƏNİR
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Qırğızıstanın U-21 yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Oyun saat 18:00-da start götürəcək.
Qeyd edək ki, U-21 millimiz bundan əvvəl İsparta şəhərindəki “Sav” stadionunda Bəhreynlə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Millimizin qollarını Qurban Səfərov, Nihad Əhmədzadə və Lorenzo Mezzotero vurublar
Yoxlama oyunu
18:00
Azərbaycan U-21 - Qırğızıstanın U-21
İsparta şəhəri, “Sav” stadionu

https://qalaba.az//uploads/photo/u-21-millimiz-qirgizistanla-qarshilashacaq-yenilenir.webp